Xalq Bank xalis mənfəətini artırıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI

30 Sentyabr 2021-ci il tarixində ASC “Xalq” Bankın aktivləri 2 milyard 221 milyon 240 min manat təşkil edib. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki, Bankın cəmi kapitalı ötən rüb ərzində 8,09 milyon manat artaraq  444 milyon 900 min manata çatıb.

Bankın kredit portfeli ikinci rübün göstəricisi ilə müqayisədə 8,5 milyon manat artımla 1 milyard 413 milyon 850 min manata yüksəlib. Kredit portfelinin keyfiyyəti artmış, vaxtı keçmiş kreditlərin həcmində isə əhəmiyyətli azalma müşahidə edilmişdir. Belə ki, Bank ötən bir il ərzində bu göstərici üzrə 57.06% azalmaya nail olmuşdur.

Hesabat dövrünün yekununa müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 milyard 426 milyon 13 0 min manat təşkil edib.

Bank 2021-ci ilin 3-cü rübü ərzində (iyul-sentyabr) xalis mənfəətini 8,4 milyon artıraraq cari ilin 9 ayı üzrə 14,2 milyon manata çatdırıb.

Mənbə:
0
140
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar