"Vergi ödəyicilərinin sayında artım müşahidə edirik" - Mikayıl Cabbarov

“Biz artan iqtisadi dinamikanı vergi ödəyicilərinin sayında da müşahidə edirik”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu ilin doqquz ayında vergi ödəyicilərinin sayı 5 faiz artıb:

“Qlobal səviyyədə pandemiya ilə aparılan iqtisadi dəstək və vaksinasiya beynəlxalq maliyyə qurumlarının proqnozlarına da təsirini göstərib. Azərbaycanın növbəti illər üçün iqtisadi artımla bağlı proqnozları yenidən baxılaraq yüksəldilib. Ümumilikdə, son on ildə ölkə iqtisadiyyatında mühüm struktur dəyişiklikləri və şaxələndirilməsi nəticəsində qeyri neft-qaz sektoru iqtisadiyyatın başlıca inkişaf amilinə çevrilib”.

“Ümumi daxili məhsulun tərkibində qeyri neft-qaz sektorunun xüsusi çəkisi bu il ərzində 48 faizdən 70 faizə qədər artıb”, - deyə o qeyd edib.

Mənbə:
0
289
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar