“Təkcə Ermənistanla yox, həm də İranla vuruşmuşuq” – Qabil Hüseynli

"İllərdir, təkcə Ermənistanla deyil, eyni zamanda ondan daha təhlükəli, narkotik dövriyəsinin əsas qalası olan İranla da müharibə edirik. Təsadüfi deyil ki, İran Ermənistanın 27 ildən artıq işğalda saxladığı topraqlarımızdan həm narkotik yüklərin daşınması, həm də çirkli pulların yuyulması üçün istifadə edib”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasında İran və Ermənistanın ortaq narkoticarəti haqda fikirlərinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığımızı deməsi təsadüfi deyil:

"Diqqət etsəniz, Qarabağın işğaldan azad olunmasına ən neqativ reaksiya göstərən ölkələrdən birinin məhz İran olduğını görə bilərik. Rəsmi Tehranın bu məsləyə belə sərt reaksiya verməsinin əsas səbəbi bu ölkənin əsas gəlir mənbələrindən biri olan narkotik ticarətinə ciddi zərbə vurmağımızdır. İşağdan azad edilən ərazilərdə hərbçilərimiz həm külli miqdarda narkotik maddə, həm də plantasiyalar aşkar edib. Bundan başqa, həmin narkotik maddələrin hansı yollarla və necə Avropa bazarına çıxarılması da fakt və sübutlarla məlumdur.

Azərbaycan mehriban qoşuluq münasibətləri səbəbilə bu günə qədər bu faktları gün üzünə çıxarmırdı, lakin İranın son davranışları rəsmi Bakını da adekvat addımlar atmağa vadar etdi”.
 
Politoloqun sözlərinə görə, prezident MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı ilə son dəfə İrana xəbərdarlıq edib:

"Prezidentin son çıxışında İrana yer ayırması və illərdir saxlanan "qara qutu”nun açılması ondan xəbər verir ki, rəsmi Bakı Tehranın heç bir təhdidinə boyun əyməyəcək. Faktiki olaraq, ölkə başçısının çıxışı həm də onu deməyə əsas verir ki, Azərbaycan İranın regiondakı bütün gizli və qanunsuz işlərindən xəbərdardır. Yəni bu hələ başlanğıcdır, ardı da gələ bilər. Prinsip etibarilə Tehran bu xəbərdarlıqdan dərs çıxarmalıdır, əks təqdirdə bu gün narkoticarətlə bağlı faş edilən sirlər sabah beynəlxalq terrozimlə bağlı da açıla bilər”.
 
Turan Rzayev
 
 
Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar