Rusiya bu ölkəyə vaksin göndərəcək

Rusiya Vyetnamla birlikdə koronavirus əleyhinə "Sputnik Light" təkkomponentli peyvəndini paytaxt Hanoya çatdırmaq imkanını nəzərdən keçirir.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Asiya Departamentinin direktoru Nikolay Nozdrev “RİA Novosti”yə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, vaksin tədarükünün təşkili ölkədə qeydiyyatdan keçdikdən sonra mümkün olacaq.

Bir müddət əvvəl isə Rusiyada koronavirus əleyhinə "Sputnik V" peyvəndinin müstəqil istehsalı üçün texnologiyanın Hanoya köçürülməsi məsələsinin öyrənilməsi məlum olub.

Moskva Vyetnamda vaksinin tam istehsalı üçün texnologiyanı Vyetnamın "Vabiotech" şirkətinə verməyi planlaşdırır.

Qeyd edək ki, "Sputnik Light" vaksini koronavirusun "Delta" ştammına qarşı 70 faiz effektivdir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
210
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar