Ramana qəsəbəsində oğurluq edən şəxslərdə narkotik vasitə aşkarlanıb

Oktyabrın 9-da Ramana qəsəbəsi ərazisindəki bir saxlanc yerindən iki min manat dəyərində təmir-tikinti alətləri, iki ədəd akkumulyator, elektrik açarları və 480 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Hüseynov, T.Qurbanov və R.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı R.Tağıyevdən və T.Qurbanovdan metamfetamin, M.Hüseynovdan isə heroin aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Mənbə:
0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar