Qarabağda seysmoloji aktivlik: Ən təhlükəli yerlər haralar sayılır?

Qarabağ seysmik aktiv ərazi hesab edilir.

Tarixən də Qarabağda güclü zəlzələlər olub. Buna elə Bərdə və 1985-ci ildə Kəlbəcərdə baş vermiş zəlzələləri nümunə göstərə bilərik.
Bunu Cebhe.info-ya açıqlamasınada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O, Qarabağda qurulacaq seysmik stansiyalardan da danışıb:


“Bütün Azərbaycan seysmik aktiv zona hesab edilir, həmçinin də Qarabağ. Dağlıq Qarabağda əvvəl bizim 3 seysmik stansiyamız fəaliyyət göstərirdi. Erməni işğalı nəticəsində onlar məhv oldu. Bunlar Cəbrayıl, Ağdam və Kəlbəcərdə yerləşən stansiyalar idi. Hazırda sözügedən ərazidə minatəmizləmə prosesi və yenidənqurma işləri gedir. Gələn il bu 3 rayonda yeni binaların tikintisinə, stansiyaların quraşdırılmasına başlayacağıq. Qarşıdakı illərdə 10 yeni seysmik stansiyalar açmaq üçün öhdəlik götürmüşük. Sonra da həmin stansiyaları kompleks şəkildə tədqiqatlar aparmaq məqsədilə genişləndirəcəyik”.

Xatırladaq ki, Kəlbəcərdə “İstisu” mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. 2017-ci ilin noyanrında da Bərdə, Xankəndi və Ağdamda zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı bir nəfər yaralanıb, Ağdamın Üçoğlan kəndində evlərə ziyan dəyib, bir ev isə tamamilə dağılıb. Bu ilin avqust ayında da adıçəkilən regionda yeraltı təkanlar qeydə alınıb.

Günay Şahmar
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
283
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar