Prezident MDB kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşəcək: Putin nədən qorxur? – ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.

MDB ölkələri təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada XVII iclası keçiriləcək.

Bildirilib ki, görüş videoformatda keçiriləcək.

Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

Maraqlıdır, bu görüşün keçirilməsinin əsas səbəbi nədir? Hazırda Rusiyaya qarşı bir təhlükə var?

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, regionda müəyyən qüvvələrin baş qaldırması bəzi təhlükələrin yaranmasına səbəb olur:

“Ümumiyyətlə, bu görüşün keçirilməsi Rusiyanın təşəbbüsüdür. MDB rəhbərlərinin sammiti ərəfəsində belə bir görüşün keçirilməsində Rusiyanın müəyyən maraqları olduğunu işarədir.Üstəlik onlar bu maraqları gizlətmir, açıq şəkildə bildirir. Hesab edirəm ki, hazırda Rusiya tərəfi müəyyən narahatlıqlar keçirir. Çünki onlar başa düşür ki, regionda ziddiyyətli və qalmaqallı hadisələr nəticəsində genişmiqyaslı toqquşmalar olarsa, Rusiya buradakı idarəetməni itirə bilər. Onu da nəzərə almaq lazımdır ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəlməsi də müyyən təhlükə vəd edir. Həmçinin, Rusiya üçün regiondakı problemləri tək başına idarə etmək çətin olacaq. Ona görə də Vladimir Putin MDB məkanındakı digər ölkələrlə birlikdə koordinasiyalı şəkildə vahidlik yaradaraq problemləri həll etməyə çalışır.

Son zamanlarda İranın ədalətsiz şəkildə Azərbaycana yanaşması və Ermənistanla dostluq edərək, İslam həmrəyliyindən uzaq addımlar atması bizim də narazılığımıza səbəb olur. Putin də başa düşür ki, bu bölgədə müəyyən qalmaqal yaranarsa, təhlükəsizlik məsələlərinə və maraqlarına zərbə vura bilər. Əgər Rusiya burada ədalətli mövqedə dayanmalı və bu məsələlərdə beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidir. Düşünürəm ki, böyük dövlət kimi öz sözünü deyərək, obyektiv yanaşma nümayiş etdirməlidir. Rusiya Ermənistana və İrana təzyiq göstərərək, bir sıra məsələləri ciddi şəkildə müzakirə etməlidir. Çünki Rusiyanın mövqeyi Azərbaycandan müəyyən dərəcədə fərqli olsa da, bir sıra məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür”.

Elmir
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
236
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar