Pley-offun püşkatmasının vaxtı məlum oldu - DÇ-2022

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində gerçəkləşəcək.

Seçmə mərhələ matçlarından sonra qruplarda ikinci yeri tutmuş 12 komanda üç vəsiqə uğrunda mübarizə aparacaq. Pley-off mərhələsi üç hissəyə bölünüb, hər birində yarımfinal, sonra isə final oynayan 4 komanda yer alacaq.

2-ci yer sahiblərindən qruplarında ən çox xal toplayan yığmalar yarımfinalları öz stadionlarında təşkil edəcək. Püşkatmadan sonra finalın ev sahibi bilinəcək.

Dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

Mənbə:
0
17
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar