Paşinyandan İranı məyus edəcək ETİRAF

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, artıq Zəngəzur dəhlizi ilə bağlı razılaşma var:

"Birincisi Paşinyan kommunikasiyalarla bağlı ümumi danışdı, o, hətta nəqliyyat növünü qeyd etdi. Bu, çox vacib olan məsələdir. Çünki biz Prezident İlham Əliyevdən Azərbaycanın tələbləri haqqında mütəmadi olaraq məlumat alırıq və dövlət başçısı xüsusi olaraq vurğulayırdı ki, həm dəmiryolu Azərbaycanın əsas hissəsindən Naxçıvana Muxtar Respublikasına çəkiləcək, həm avtomobil yolu olmalıdır, olacaq. Ermənistan tərəfi isə dəmiryoluna heç vaxt qarşı çıxmırdı. Böyük ehtimalla belə aydın olurdu ki, Ermənistan avtomobil yoluna qarşı çıxır.

Dünən Paşinyan böyük ehtimalla Rusiyada Putinlə görüşdən sonra bu bəyanatı səsləndirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana Muxtar Respublikasına dəmir və avtomobil yolu, Ermənistandan Rusiyaya Azərbaycan vasitəsi ilə dəmir və avtomobil yolu, Ermənistandan İrana dəmiryolu Naxçıvana Muxtar Respublikası vasitəsi ilə mümkün olacaq. Yəni Paşinyan nəyinki ümumi, həm hansı nəqliyyat növləri vasitəsi ilə bu kommunikasiyaların qurulacağını, həm də marşurutları çox dəqiq bildirdi. Bu, o deməkdir ki, artıq razılaşma var və böyük ehtimalla ya noyabrın 10-a qədər, ya da ilin sonuna qədər ya növbəti bəyanat olacaq, ya da hökümətlərarası komissiyanın qərarı olacaq. Amma hər hansısa bir formada bu artıq öz təsdiqini tapacaq.

İkinci məqam da ondan ibarətdir ki, İranın Ermənistanla işğal dövründə işğal olunmuş ərazilərimizdən Avropaya narkotrafik məqsədilə istifadə etdiyi barədə fikir bildirib. Onun əsaslandırmaq üçün də qeyd etdi ki, bu torpaqlar azad olunandan sonra İran-Ermənistan sərhəddində heronin tutulması iki dəfə artıb. Paşinyan da öz aləmində Azərbaycan Prezidentinin bu sözlərinə cavab verməklə faktiki olaraq onun dediklərini inkar etmək istəyirdi, amma İlham Əliyevin sözlərini təsdiqləmiş oldu. O da bildirdi ki, Ermənistanla İranın gömrükçüləri əməkdaşlıq edirlər və bu dövr ərzində 2, 3, hətta 4 dəfə artıq narkotik tutublar. Yəni bu, onu göstərir ki, doğrudan da işğal olunmuş ərazilər 30 il müddətində narkotrafik üçün istifadə olunubdur və bu ərazilər azad ediləndən sonra böyük bir narkotik axını leqal sərhəddə, - İranın Ermənistanla sərhəddində Azərbaycanın İranla sərhəddindən iki dəfə çox tutulub və onu da nəzərə almaq lazımdır ki, İran-Ermənistan sərhəddi Azərbaycan-İran sərhəddindən 6-7 dəfə kiçikdir hələ, - Paşinyan təsdiq etdi ki, belə çox qısa bir sərhəddə 2, 3, hətta 4 dəfə artıq narkotik tutublar. O, faktiki olaraq Azərbaycan Prezidentinin sözlərini təsdiqləmiş oldu".

Xatırladaq ki, Paşinyan ötən gün Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Azərbaycanın Naxçıvan ilə dəmiryolu və avtomobil yolunu yaxın zamanda aça biləcəyini qeyd edib.

Təhməz Əsədov
Milli.Az

Mənbə:
0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar