Pakistanda partlayış: 3 ölü, 20 yaralı var

Bəlucistanda terrorçu-kamikadze nəzarət-buraxılış məntəqəsinə hücum edib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bir terrorçu-kamikadze nəzarət-buraxılış məntəqəsinə hücum edərək partlayış törədib. AYNA xarici mediaya istinadən bildirir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Pakistan Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə İdarəsindən verilən məlumata görə, motosikletli terrorçu polis maşınına çırpılıb və daha sonra motosikletə quraşdırılmış bomba partlayıb.

Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

Mənbə:
0
1123
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar