“Regionda gənclərin və medianın sülhə dəstəyi”: Beynəlxalq forum öz işinə başladı - FOTO

0:00
0:00

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı beynəlxalq forum öz işinə başlayıb.

Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyaraq dualar oxuyublar.

Daha sonra forum Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili Gənclər Fonduna lahiyəyə dəstəklərindən dolayı təşəkkürünü bildirib. Toğrul Allahverdili qeyd edib ki, hər iki ölkənin media və gənclərinin inteqrasiyası üçün çoxlu çalışmaların reallaşdırılmasına ehtiyac var. Gürcüstandakı soydaşlarımız və səfirliyimizin fəaliyyətinə də toxunan birlik sədri son illərdə yaşanan müsbət dəyişikliyinə görə səfir Faiq Quliyevə minnətdarlığını ifadə edib.

Daha sonra Gürcüstandakı səfirliyimizin katibi Tamerlan Tağıyev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Vüsal Məmmədov, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı məsələnim aktuallığı ilə bağlı çıxışlar ediblər.

Rəsmi çıxışlardan sonra “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə Birinci Panel – “Medianın sülhə dəstəyi” işə başlayıb. Paneldə “Real” TV-nin əməkdaşı, Qarabağ qazisi İsmayıl Hüseynov, “Oxu.az” saytının köşə yazarı Kübra Məhərrəmova, Report.ge saytının əməkdaşı Anano Nikoladze və Gürcüstan Orta Şərq və Qafqaz Araşdırmalar İnstitutunun direktoru Vasily Papava Azərbaycan-Gürcüstan media əlaqələrindən, görülən və görülməsi vacib olan işlərdən danışıblar. Qarabağ zəfərinin regiona müsbət təsiri və informasiya savaşı da panelçilərin əsas müzakirə mövzusu olub.

İkinci – “Gənclərin sülhə dəstəyi” paneli “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının moderatorluğu ilə keçib.

1 kanalın (dövlət televiziyası) əməkdaşı və “Qırmızıkörpü” təşkilatının həmtəsisçisi Natali Jalağonia, təhsil məsələləri üzrə ekspert, jurnalist Roland Xocanaşvili, Azərbaycan Gənclər Fondunun rəsmisi Zaur Osmanov və ASAP-ın baş katibi Ülkər Qurbanova Azərbaycan-Gürcüstan gənclərinin əməkdaşlıq perspektivlərini və bununla bağlı aktual məsələləri müzakirə ediblər.

Daha sonra panel müzakirələri keçirilib və forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi gürcüstanlı qonaqlar üçün hazırlatdığı “Xarı bülbül”lü hədiyyələrin təqdimat mərasimi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin təşkilatçılığı ilə təşkil olunan tədbirin rəsmi tərəfdaşları Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondudur.

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar