Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu ilə vida mərasimi keçirilir - FOTO

0:00
0:00

Ötən gün şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboyda, doğulduğu Borsunlu kəndində vida mərasimi başlayıb.

Oxu.Az-ın məlumatına görə, vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar