Oqtay Gülalıyev vəfat etdi

Oqtay Gülalıyev vəfat etdi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "facebook" sosial şəbəkəsində məlumat yayılıb.

 

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

 

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib. Ötən gün O.Gülalıyevin səhhəti ağırlaşıb və yenidən xəstəxanaya yerləşdirilib.

0
1074
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar