Növbəti mövsüm üçün Formula E təqvimi təsdiqlənib

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurasının Parisdəki iclasında səkkizinci mövsüm üçün Formula E təqvimi, elektrik yarışları seriyası üçün yeni seçim formatı və yarışların müddəti ilə əlaqədar dəyişikliklər təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, yeni mövsüm 2022-ci il yanvarın 28-29-da Səudiyyə Ərəbistanında iki yarış ilə başlayacaq və avqustun 13-14-də Koreya Respublikasında iki mərhələ ilə başa çatacaq. Eyni zamanda, martın 5-də keçiriləcək mərhələnin adı və martın 19-na planlaşdırılan Çin yarışının yeri daha sonra açıqlanacaq.

Təqvimə 16 yarış daxildir. Belə ki, yanvarın 28-29-da Səudiyyə Ərəbistanı, fevralın 12-də Meksika, martın 19-da Çin, aprelin 9-da İtaliya, ayın 30-da Monako, mayın 14-də Almaniya, iyunun 4-də İndoneziya, iyulun 2-də Kanada, ayın 16-17-də ABŞ, 30-31-də Böyük Britaniya, avqustun 13-14-də Koreya Respublikası mərhələlərə ev sahibliyi edəcək.

 

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar