Ulduz futbolçu təcavüzdə günahlandırıldı - İstintaq başa çatdı

Türkiyənin "Adana Dəmirspor" klubuna transfer olunan Mario Balotellinin ittiham olunduğu təcavüz iddiası ilə bağlı istintaq yekunlaşıb.

Fanat.Az xəbər verir ki, istintaq orqanı ulduz futbolçunun günahsız olduğu qənaətinə gəlib.

Hadisə 2017-ci ildə Fransanın Nitsa şəhərində baş verib. Balotelli "Nitsa"da oynadığı vaxt yay tətili zamanı yetkinlik yaşına çatmayan qızla öz razılığı ilə cinsi əlaqədə olub. Bu zaman qız ondan yaşını gizlədib. Daha sonra isə susmaq qarşılığında 100 min avro tələb edib.

Bundan sonra Balotelli şantaj olunduğu iddiası ilə polisə şikayət edib. Gənc qız isə buna qarşılıq olaraq futbolçuya qarşı təcavüz iddiası qaldırıb.

4 il davam edən istintaq müddətində Balotellinin vəkilləri qızın yaşını gizlətməsini təsdiq edən telefon danışıqlarını, səs yazılarını və şahid ifadələrini dəlil olaraq məhkəməyə təqdim edib.

Pərvin

Mənbə:
0
1052
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar