“Taliban” ABŞ-a məxsus silahları İrana verir: Ağ Ev hansı addımı atacaq?

"ABŞ bundan sonra "Taliban”la müharibə yolu ilə yox, diplomatik yollarla mübarizə aparacaq”.
Bunu Qaynarinfo-ya politoloq Elman Vəliyev "Taliban”ın ABŞ-a məxsus silah və zirehli texnikaları İrana verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran bölgədə gücünü artırmaq, düşmənlərə qarşı mübarizə aparmaq üçün bütün riskləri hesablayıb. Buna görə də, atdığı addımlar daha da sərt ola bilər:
"”Taliban” 20 ildir Əfqanıstanda ABŞ qoşunlarına qarşı mübarizə aparır. Əlbəttə ki, bu mübarizə maddi-mənəvi dəstək tələb edirdi. Bu dəstəyi də Pakistan, Səudiyyə Ərəbistanı və İran göstərdi. İranın məqsədi bu qrup vasitəsilə ABŞ-a zərbə vurmaq idi. İran bölgədə gücünü artırmaq, düşmənlərə qarşı mübarizə aparmaq üçün hər yola əl atmaqdan çəkinmir, geri çəkiləcəyini də zənn etmirəm. Zənn etmirəm ki, ABŞ bundan sonra yenə "Taliban”la real müharibə aparsın. Bu dəfə diplomatik mübarizə üsullarından istifadə edəcək. Düşünürəm ki, prezident Co Baydenin dövründə bunun şahidi olacağıq. Lakin Əfqanıstanda öz maraqlarını həyata keçirməyə çalışan qüvvələr "Taliban”la razılaşmağa, yeni höküməti tanımağa çalışacaqlar. Amerikanın bölgədən çəkilməsi Çin və İran üçün bir şans oldu”.

Mənbə:
0
556
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar