Şəhid Sirac Abışovun doğum günü Sumqayıtda qeyd olundu - FOTO

Bu gün şəhid Abışov Sirac Abış oğlunun doğum günüdür. Yaşasaydı 32 yaşı tamam olacaqdı.

Avropa.info xəbər verir ki, Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirilib.

Daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyulub. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon Ağsaqqallar şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundunun müavini Hacı Gülağa, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxuyub.

Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximixin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib:

"Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi".

Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Sirac Abış oğlu Abışov 1989-cu il 29 Avqust tarixində Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. 1996-cı ildə Çingiz Mustafayev adına Sumqayıt şəhər 40 saylı tam orta məktəbə qəbul olmuş,2007-ci ildə həmin məktəbin məzunu olub. Elə həmin il, Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olub, 2009-cu ildə "Gömrük ekspertizası" ixtisası üzrə tam kursu bitirib.

Media sahəsinə olan marağı onun yolunu 2010- cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir neçə ildən sonra Sirac, bir müddət Yurd TV-də,daha sonra isə 5 il muddətində APA TV-də gecə növbəsində çalışmağa başlayır. 2019-cu ildə yenidən Azərbayan Dövlət Televiziyasında fəlaiyyətini davam etdirir. Vətən müharibəsindən sonra, noyabr ayından etibarən, işğaldan azad olunmuş rayonlarda, yaradılmış "Xüsusi Çəkiliş Qrupu"nun tərkibində yer almış,ordumuzun nəzarətində olan Ağdam, Füzuli,Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər edib.

Sırac, özünün də dediyi kimi, əsrarəngiz təbiətə malik olan Kəlbəcər rayonunda idi. Belə ki, bir necə gun Kəlbəcərdə işləyən çəkiliş qrupunun növbəti çəkilişi 04.06.21-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz markalı nəqliyyat vasitəsi, mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac həmin hadisə nəticəsində hadisə yerindəcə dünyasını dəyişərək, şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14.06.21-ci il tarixli sərəncamı ilə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəli idi, Özgür adında bir oğlu var. Abışsoy Özgür Sirac oğlu, 2020-ci il 16 mart tarixində Sumqayıt şəhərində dünyaya göz açıb.

Mənbə:
0
512
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar