Şakiri Fransa klubu ilə anlaşdı

İsveçrə millisinin və "Liverpul" klubunun yarımmüdafiəçisi Cerdan Şakiri və "Olimpik" (Lion) klubu arasında transfer razılaşması baş tutub.

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano öz "Twitter" hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, müqavilə 2024-cü ilədək nəzərdə tutulur. Hazırda fransız klubunun təmsilçiləri futbolçu üçün 6 milyon funt sterlinq təklif edir. "Liverpul" isə daha çox tələb edir.

Xatırladaq ki, Şakiri "Liverpul"da keçirdiyi 45 oyuna cəmi 7 qolla yadda qalıb.

Emin Şəmsiyev

Mənbə:
0
740
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar