Putin nə üçün koronavirusa yoluxmadığı barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin koronavirus xəstələri ilə ünsiyyətdə olmasında baxmayaraq yoluxmamasının səbəbini açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Putin orqanizmində antikorların yüksək olması səbəbilə koronavirusa yoluxmadığını bildirib:
"Antikorlarım çoxdur, şükürlər olsun şanslıyam. Buna görə COVİD-19-a yoluxmadım. Ətrafımda onlarla insan yoluxdu, hamısı ilə ünsiyyətdə idim. Onlar gec peyvənd olunmuşdular".
Putin həmçinin qeyd edib ki, onun birlikdə çalışdığı köməkçisi belə koronavirusa yoluxub.
Xatırladaq ki, Putin birlikdə çalışdığı şəxslərin koronavirusa yoluxmasından sonra özünü təcrid etmişdi.
 

Mənbə:
0
327
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar