Polşa parlamenti media haqqında qanun layihəsini qəbul edib

Polşa parlamenti media haqqın­da yeni qanun layihəsi qəbul edib. Çərşənbə axşamı baş nazirin mü­avininin istefaya göndərilməsindən sonra Polşanın koalisiya hökuməti istefa verib. Qanun dəyişikliyinə qarşı çıxan keçmiş Baş nazir müavini Jaroslav Govin, 2015 -ci ildən bəri hökm sürən Birləşmiş Sağ koalisiya­nın kiçik qisminə rəhbərlik edirdi. O, media haqqında yeni qanun layihəsini hökuməti tənqid edən KİV-i susdur­maq cəhdi kimi qiymətləndirib. Qanu­nun lehinə səs verənlər sənədin xarici güclərin media yayımçılarını nəzarətə götürməsinin qarşısını almaq üçün zəruri olduğunu bildiriblər.

Tənqidçilərin fikrincə, qanun əsas müttəfiq olan ABŞ ilə münasibətlərə kölgə salır, Polşada media azadlığı ilə bağlı Avripa İttifaqının narahatlığını artırır.

Polşada minlərlə insan media haqqında yeni qanununa etirazını ifadə etmək üçün küçələrə çıxıb. Varşavada parlamentin qarşısındakı izdihamın ardınca Krakov, Vroslav, Poznan, Lublin və Şeçesində də mitinqlər keçirilib. Kütləvi etirazlara baxmayaraq, hökumət Çin və Rusiya şirkətlərinin Polşa mətbuat orqan­larına nəzarət etməsinin qarşısını almaq üçün Avropa İqtisadi Bölgəsi xaricində fəaliyyət göstərən şirkətlərin birbaşa yayımçıya sahib olma hüqu­qunu qadağan edən mövcud qayda­ların sərtləşdirilməsini müdafiə edib.

Qanun ABŞ tərəfindən də tənqid edilib. Qeyd edək ki, ABŞ-ın Disco­very şirkəti Polşada fəaliyyət göstərən TVN-ə sahibdir.

Mənbə:
0
692
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar