Naməlum virusa görə Hindistanda məktəblər bağlanıb

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında naməlum virus yayılıb. İnfeksiyanın əlaməti yüksək hərarət və nəfəs çatışmazlığıdır. Virusa görə məktəblərdə dərslər sentyabrın 6-dək dayandırılıb.

 

Artıq 70 nəfər naməlum virusun qurbanı olub ki, onun da əksəriyyəti 32 yaşına qədər olan gənclər və uşaqlardır.

Ştatın baş naziri Yoqi Adityantah bəyan edib ki, naməlum virus yayılan yerə xüsusi həkim briqadaları və tibbi ləvazimatlar göndərilib. Həkimlər virusun qarşısını almaq üçün əllərindən gələni edirlər.

TASS-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, yeni virus ağcaqanadlar vasitəsilə yayılır. Hazırda isə Hindis­tanda yağışlar mövsümüdür.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə:
0
452
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar