Mərkəzi Bank bitcoini Azərbaycanda pul vahidi olaraq tanıyacaqmı...

Mərkəzi Bank BTC-ni ölkəmizdə pul vahidi və ödəniş vasitəsi olaraq dəyərləndirilməsi istiqamətində düşünmür. Bitcoin dünyanın bir çox ölkələrində leqallaşıb, hətta BTC-ni pul vahidi kimi qəbul edən ölkələr də var. Bir çox ölkələrdə alış-veriş mübadilələri BTC vasitəsilə həyata keçirilir.

BTC Azərbaycanda leqallaşdırıla bilərmi?

"Son dövrlərdə innovativ texnologiyaların sürətli inkişafı qlobal iqtisadiyyatın rəqəmsal transformasiyasına səbəb olan başlıca drayverlərdəndir. Bütövlükdə, iqtisadiyyatın, o cümlədən, maliyyə sektorunun rəqəmsallaşması kölgə iqtisadiyyatının kiçilməsini və nağd dövriyyənin maliyyə sisteminə cəlbini dəstəkləməklə effektiv monetar və maliyyə sabitliyi siyasətlərinin həyata keçirilməsi üçün zəruri şərtlərin yaranmasına, habelə, dövlət gəlirlərinin artımına imkan verir. Bu transformasiya prosesində yeni rəqəmsal məhsullar yaranır və ictimaiyyətin gündəlik həyatına aktiv siraət edir".

 

Namiq Əliyev

Bu barədə Bizimyol.info saytına Mərkəzi Bankın Mətbuat xidmətinin rəhbəri Namiq Əliyev danışıb. O, bildirib ki, hazırda rəqəmsal ekosistemin mühüm məhsullarından biri də məhz rəqəmsal valyutadır. Ümumilikdə, rəqəmsal valyutalar mərkəzi banklar (MBRV – mərkəzi bankın rəqəmsal valyutası) və özəl maliyyə təşkilatları tərəfindən emissiya edilən (kriptovalyuta, steyblkoin) rəqəmsal valyutalara ayrılır. Özəl maliyyə təşkilatları tərəfindən buraxılan rəqəmsal valyutalar mərkəzi banklar tərəfindən emissiya olunan rəqəmsal valyutalardan kəskin fərqlənir. Belə ki, kriptovalyutalar investisiya məqsədləri üçün istifadə olunduğundan onların dəyərində kəskin volatillik müşahidə olunur. Eyni zamanda, bu növ rəqəmsal valyutalar requlyativ tənzimləmə predmeti olmadığından terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması məqsədləri üçün istifadə olunması risklərini yaratmaqdadır. Bu səbəbdən Mərkəzi Bank BTC-ni ölkəmizdə pul vahidi və ödəniş vasitəsi olaraq dəyərləndirilməsi istiqamətində düşünmür. Eyni zamanda, əksər mərkəzi banklar kimi Azərbaycan Mərkəzi Bankı da MBRV-dən istifadə imkanlarının tədqiqi və daha sonra pilot layihələrin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Bitcoin – rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. Bitcoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Bu termin dünyaya Yaponiyadan gəlir. Bitcoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən təcrübə olaraq yaradılıb və tez bir son zamanlarda daha çox tanınmaqdadır.

Bitcoin, rəqəmsal dünya üçün valyuta növüdür. Bu valyuta qlobal bazarlarda avro və dollara alternativ olaraq təqdim edilir. Bitcoinin özəlliyi ondan ibarətdir ki, heçbir qurum tərəfindən idarə olunmur. Bitcoin əməliyyatlarının təhlükəsizliyi "bitcoin miner" adlanan serverləri tərəfindən təmin edilir. Hazırda dünya bazarında BTC-nin dəyəri 51 min dolları keçib.

İlahin, Bizimyol.info

Mənbə:
0
187
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar