"Kodla və gələcək peşəni seç" adlı layihənin icrasına başlanılıb - FOTO

Bakı şəhərində təhsil alan aşağı sinif şagirdləri arasında informatika fənninə marağı artırmaq məqsədilə “Kodla və gələcək peşəni seç” adlı layihənin icrasına başlanılıb.
Yeniavaz.com xəbər verir ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin informatika müəllimi Cəfərova Səmihə Pənah qızı tərəfindən icra olunur.
“Kodla və gələcək peşəni seç” adlı layihənin rəhbəri Səmihə Cəfərova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, belə bir layihənin icrasında məqsəd şagirdlərdə informatika fənninə marağı artırmaqdır: “Bu layihə onları erkən yaşlardan oyun əsaslı öyrənməyə təşviq edir. Müasir dünyanın yeni sahələrindən biri olan kodlaşdırma hər bir şagirdi bu prosesə qoşa bilər.Kodlama şagirdin problem həll etmə qabiliyyətini yaxşılaşdırır. Şagirdin analitik düşünməsini təmin edir. Layihə çərçivəsində şagirdlər müxtəlif əyləncəli və düşündürücü tapşırıqlar hazırlaya və onları praktiki olaraq modelləşdirmə bacarığına yiyələnə biləcəklər. Şagirdlərin erkən yaşlarından kodlaşdırma öyrənməyi həm gələcək karyeralarına hazırlıq , həm də güclü məntiqi və yaradıcı düşünmə bacarıqlarının inkişafında böyük rol oynayır. Bununla da İnformatika elminə marağı erkən yaşlarından şagirdlərdə oyatmaq və sevdirmək məqsədilə kodlaşdırmanı yəni informasiyanın formal şəkildə təsvirini və proqramlaşdırmanın əsasını qoymaq olar”.
Qeyd edək ki, layihənin icrası dekabr ayının 15-nə kimi davam edəcək.

Mənbə:
0
326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar