Keynə görə 150 milyon və daha artıq

İngiltərənin "Mançester Siti" klubu "Tottenhem"in və İngiltərə millisinin hücumçusu Harri Keyni (Harry Kane) almaqda israrlıdır.

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano öz "Twitter" səhifəsində məlumat yayıb.

"Şəhərlilər" futbolçunun transferi üçün qarşı tərəfə 150 milyon avro ödəməyə hazırdır. Lazım olarsa, Mançester təmsilçisinin idarəçiləri məbləğədə artım da edə bilərlər.

Qeyd edək ki, "Tottenhem" rəhbərliyi Harri Keynə azad agent statusu vermədiyi üçün futbolçu məşqlərə qatılmayaraq klubuna etiraz edib.

 

Emin Şəmsiyev

Mənbə:
0
749
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar