İspaniyada püskürən vulkan 1000-dən çox evi külə çevirib

İspaniyanın Palma adasında Kumbre Vyexa vulkanında baş verən partlayışlar kraterdə daha 2 lava kanalının açılmasına səbəb olub.

Ekspertlər bundan başqa vulkan bölgəsində atmosferdə kükürd dioksid qazının artdığına dair əhaliyə xəbərdarlıq ediblər.

Bu qaz sakinlərin həyatı üçün təhlükəli səviyyədə olmasa da, onlara maska taxmaları və mümkün qədər evdə oturmaları tövsiyə olunub.

Alimlər adada gecə ərzində, təmxinən, 3.5 bal gücündə 8 zəlzələ qeydə aldıqlarını bildiriblər.

Vulkanda, demək olar ki, 2 həftədir ki, fəallıq müşahidə olunur.

Əvvəlki kanallardan axan lava artıq okeana tökülür. Kanalların mənsəbində daşlamış ərazisinin sahəsi 20 hektarı ötüb.

Vulkandan ixrac olunan od kütləsinin həcmi isə 80 milyon kub metri keçib.

Alimlərin hesablamalarına görə bu, 1971-ci ildəki püskürmədən 2 dəfə çoxdur.

Qeyd edək ki, yanan qaya kütləsi indiyə qədər 1000-dən çox evi külə çevirib. Onun hərəkət istiqamətində yerləşən bir neçə kəndin sakini, təxminən, 6 min nəfər adadan təxliyə olunub.

Vulkanın adaya vurduğu zərərin həcmi milyonlarla dollara bərabərdir. Rəhbərlik adanı fəlakət zonası elan edib.

 

Mənbə:
0
293
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar