İraq prezidenti BMT-də çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Prezidenti Bərham Saleh, korrupsioner məmurlar tərəfindən qanunsuz olaraq ölkədən çıxarılan vəsaitlərin geri alınmasına kömək etmək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

O, bunu ötən gün BMT Baş Assambleyasının 76 -cı sessiyasındakı çıxışında bildirib.

“İraqdan korrupsioner məmurların oğurladıqları pulları tapmağımıza kömək etmək üçün beynəlxalq aləmdəki dostlarımıza müraciət etmək istərdim”, - deyə o bildirib.

O, həmçinin "terrora qarşı beynəlxalq koalisiya kimi, korrupsiyaya qarşı beynəlxalq ittifaq" yaratmağın vacibliyini vurğulayıb. Onun fikrincə, hər iki fenomen bir-biri ilə sıx bağlı olduğu üçün korrupsiyaya qalib gəlmədən terrorizmlə mübarizə mümkün deyil.

Xatırladaq ki, İraqın Maliyyə naziri Əli Ələvi avqustun 26-da keçirilən hökumət iclasında bildirib ki, ölkə hakimiyyəti keçmiş prezident Səddam Hüseynin aktivləri də daxil olmaqla, xaricə qanunsuz ixrac edilmiş 200 milyard dolları geri qaytarmağa çalışır. Ələvi qeyd edib ki, oğurlanan pulları geri qaytarmaq üçün İraqın digər ölkələrlə və beynəlxalq məhkəmələrlə qarşılıqlı əlaqəsi olmalıdır. Nazirlər Kabinetinin iclasından sonra danışan nazir bu vəsaitlərin ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasında ciddi bir köməkçi ola biləcəyini və xüsusilə büdcə kəsirini örtmək və iqtisadi islahatlar aparmaq üçün istifadə edilə biləcəyini açıq şəkildə bildirib.

Qeyd edək ki, İraqın 2021 -ci il büdcəsi parlament tərəfindən 90 milyard dollar, büdcə kəsiri isə 20 milyard dollar olaraq təsdiqlənib.

Mənbə:
0
305
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar