İranın "Xeybər Fatehləri" təlimləri başladı

Eastnews.org-un verdiyi xəbərə görə, İran Ordusu Quru Qüvvələri bu gün ölkənin şimal-qərb bölgəsində "Xeybər Fatehləri' adlı hərbi təlim keçirir.

Təlim İran Ordusu Quru Qüvvələri Komandanı generalı-leytenant Kiyumərs Heydəri, Silahlı Qüvvələr Baş Qərargahının qiymətləndiriciləri və vilayət rəsmilərinin iştirakı ilə ölkənin şimal-qərbində geniş bir ərazidə başlayıb.

Bu təlim İran Ordusu Quru Qüvvələrinə aid 216 və 316-cı zirehli briqada, 25-ci briqada, 11-ci topçu qrupu, PUA qrupu, 433-cü döyüş mühəndisliyi və vertolyotların iştirakı ilə keçirilir.

General-leytenant Kiyumərs Heydəri dünən verdiyi bir açıqlamada bu təlimin zirehli maşınlar, topçu birlikləri, pilotsuz uçuş aparatları (PUA) və vertolyotların iştirakı ilə keçiriləcəyini ifadə etmişdi.

Heydəri təlimlərin ordu birliklərinin döyüş hazırlığını artırmaq üçün keçiriləcəyini bildirmişdi.

Mənbə:
0
369
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar