İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır

İran Silahlı Qüvvələrinin Quru Qoşunları sabahdan ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq.

EDNews.net xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə İran Silahlı Qüvvələrinin topları, pilotsuz uçuş təyyarələri, helikopterləri və zirehli texnikalarından istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır.

O qeyd edib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir.

Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.

Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.

Mənbə:
0
327
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar