“Hraparak”: Ermənistanda qanuna dəyişikliklər layihəsi Qarabağa qarşı növbəti qərardır

“Məlumatlara görə, Ermənistan hökumətinin dünənki iclasında təsdiqlənmiş “Pasportlar haqqında” qanunlarda dəyişikliklər layihəsi Qarabağa qarşı növbəti qərardır, hər halda bunun uzaq məqsədi odur ki, qarabağlıların pasportlarında “ölkə”nin (qondarma qurum - red.) adı qeyd olunmasın”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Əsaslandırmaya görə, bu məsələ Ermənistan XİN-lə müzakirə edilib, oradan beynəlxalq təcrübə ilə bağlı araşdırma alınıb ki, dünyanın inkişaf etmiş ölkələrinin böyük əksəriyyəti öz vətəndaşlarına verilən pasportlarda doğum yeri kimi şəxsin doğulduğu dövləti yox, doğulduğu şəhəri, qəsəbəni və ya rayonu qeyd edir, bəzi ölkələr dövləti də qeyd edir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
124
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar