Gürcüstan parlamentinin sədri seçkidə təşviqat qaydasını pozmaqda ittiham edilir

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava yerli özünüidarəetmə seçkilərində təşviqat qaydasını pozmaqda ittiham edilir.
APA xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) mətbuat katibi Natia İoseliani bildirib. Onun sözlərinə görə, parlament sədri seçki məntəqəsinə mənsub olduğu hakim "Gürcü arzusu” Partiyasının rəmzləri ilə daxil olub. N. İoseliani bununla məntəqədə təşviqat qaydalarının açıq şəkildə pozulduğunu və məsələ ilə əlaqədar tədbirlərin görüləcəyini bildirib.

 

Mənbə:
0
521
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar