Faciəvi qəzanın günahkarı avtobus sürücüsüdür? - RƏSMİ CAVAB

Ötən gün Bakıda 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir. Faciəvi qəzada sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün günahkar olduğu bildirilir. Hadisədən dərhal sonra sürücü polis əməkdaşlarına yuxulu olmasının qəzaya səbəb olduğunu deyib.

KONKRET.az xəbər verir ki, qəzanın baş vermə anı ilə bağlı yayılan son videogörüntü isə növbəti müzakirələrə yol açıb.

Qəzanın başvermə anını incələyən mütəxəssislər avtobus sürücüsünün də yük maşınının sürücüsü qədər günahkar olduğunu iddia ediblər. Mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü bu halda ciddi təhlükəyə yol açıb. Belə ki, sərnişin avtobusu sürətlə getdiyi yerdə dayanacaqda saxlamaq istərkən qəza baş verir. Həmçinin avtobus sürücüsünün sağ deyil, orta yolla hərəkət etməsi də mübahisə doğurub.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, təqdim edilən videodan aydın görünür ki, avtobus ən son sağ zolaqla hərəkət edir:

“Toqquşma da məhz elə avtobus dayanacağa doğru sağ zolaqla hərəkətdə olan zaman baş verib. Amma əlbətdəki hadisənin bu və digər halları müvafiq araşdırmadan sonra məlum olacaq”, deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar