Ermənistan parlamentindəki hər üç siyasi qüvvə düşmən elan edildi - bizə texnokratik hakimiyyət lazım idi...

Əli Orucov: “Erməni cəmiyyəti nə qədər xəstə olsa da, onların içərisində müəyyən qüvvələr ölkənin uçuruma getməsinin fərqindədir”

Erməni mətbuatı yazır ki, bu gün Ermənistan ötən 30 il ərzində əldə edilən hər şeyi itirmək ərəfəsindədir. Qeyd olunur ki, suverenlik üçün daxili sabitlik, sabit demokratiyaya, xaricdən gələn təhlükəyə qarşı “immunitetə”, xarici dünya ilə doğru dildə danışma qabiliyyətinə sahib olmaq vacibdir. Ancaq bu gün Ermənistanda baş verənlər erməni siyasətçiləri üzür, onların əvvəlki “mübarizələri”nin bəhrələrini məhv edir.

O da qeyd edilir ki, dünya tarixində dövlətlərin müharibələrdə ağır məğlubiyyətlər aldıqdan sonra yenidən dirçəlmək üçün özlərində güc tapmadığı hallar çoxdur: “Ancaq bütün belə hallarda bu ölkələrin arxasında başqa dövlətlərdən güclü dəstək var idi, böyük investisiyalar qoyulurdu və s. Ermənistana gəldikdə isə, tez bir zamanda bərpa olmaq şansı son dərəcə az və ya yox dərəcəsindədir. Bu şəraitdə bizə texnokratik bir hökumət lazım idi. Siyasi güclər isə “taym-aut” götürməli, vəziyyət sabitləşməli idi. Bu gün parlamentdə təmsil olunan hər üç qüvvə ölkənin müstəqilliyinə qarşı işləyir. Dövlətin mənafeləri, təhlükəsizliyi və sərhədlərin toxunulmazlığı onlar üçün mütləq dəyər deyil və yeni parlamentin son iki aylıq işi bunu sübut etdi”.

Görünən odur ki, erməni cəmiyyəti Ermənistanın gələcəyi barədə son dərəcə bədbin əhval-ruhiyədədir. Baxmayaraq Paşinyan yenidən seçkilərdə qələbə qazandı, amma bu o demək deyil ki, bütün bunlar müsbətə doğru nəyisə dəyişəcək.

“Ermənistan 3 ilə işğal etdiyi Azərbaycan ərazilərini 44 gün ərzində tərk etdi”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, ermənilər revanşistlər hakimiyyətə gəlməsin deyə, naəlac qaldıqları üçün 20 iyun seçkilərində yenidən Paşinyana stavka etdilər: “Bu heç də o demək deyil ki, yalnız Nikol Paşinyan onlara xoşbəxtlik gətirəcək. Paşinyan baş nazir olandan sonra populist vədlər üzərində öz siyasətini qurdu. Reallıqla uzlaşmayan sosial-iqtisadi inkişaf vəd etdi. Hansı ki, bütün bunlar nə Ermənistanın yerləşdiyi coğrafi mövqe ilə, nə sahib olduğu resurslarla uzlaşır. Paşinyan baş nazir olandan sonra Qarabağ danışıqları ilə bağlı əldə olunan bəzi razılaşmaları, da necə deyərlər, zibilliyə atdı. “Qarabağ Ermənistandır” deməklə “miatsum” ideyasını rəsmən dəstəklədi. Nəticədə Ermənistan 3 il ərzində işğal etdiyi Azərbaycan ərazilərini 44 gün ərzində tərk etdi. Erməni cəmiyyəti elə bilirdi ki, Paşinyana yenidən stavka etsələr sərhədlərin delemitasiyası, kommunikasiya xəttlərinin açılması sürətlənəcək. Ancaq bu istiqamətdə heç bir yenilik yoxdur. Paşinyan, əvvəlki kimi, Qarabağ ermənilərinin statusundan danışır. Parlamentdəki digər iki partiyadan da danışmağa dəyməz. Ən azı ona görə ki, hər iki siyasi qüvvəyə iki quldur rəhbərlik edir. Onların Ermənistanı necə uçuruma yuvarladıqları da göz qabağındadır. Bu səbəbdən, bəli, Ermənistanın gələcəyi yaxşı görünmür. Erməni cəmiyyəti nə qədər xəstə olsa da, onların içərisində müəyyən qüvvələr ölkənin uçuruma getməsinin fərqindədir”.

AMİP funksioneri hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan olan-qalan müstəqilliyini də itirdi.

Vidadi ORDAHALLI

Mənbə:
0
697
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar