Erməni hərbi xadim: “Müharibədən sonra yenə günahkarların “parad”ıdır”

““Məxməri”lərin iştirakı ilə 44 günlük müharibədən əvvəl ölkəmizdə olan bütün çatışmazlıqların ünvan sahibi yalnız “keçmiş hakimiyyət nümayədələri” idilər”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni hərbi xadim, qondarma qurumun “keçmiş nümayəndəsi” Senor Hasratyan yazıb.

Hasratyan qeyd edib ki, nəticədə ali baş komandanlar, Ermənistan Müdafiə naziri, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, döyüş yolu keçmiş generallar və sair günahkar hesab edilirdilər.

“Müharibədən sonra yenə günahkarların “parad”ıdır, ancaq bu dəfə “hazırkı hakimiyyət nümayəndələri” tərəfindən təyin edilmiş və vəzifədən azad edilmiş nazirin, Baş Qərargah rəisinin, qəhrəman adına layiq görülmüş generalların və digərlərinin iştirak ilə”, - deyə o bildirib.

 

Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar