Cənubi Qafqazda kim müharibəyə başlamağa hazırdır?

İran və Türk bloku arasındakı qarşıdurma Qafqazdakı vəziyyəti partlayıcı hala gətirir. İran gücünü sərgiləməyə, Türkiyə, İsrail və Amerikaya regionda lider oyunçu olduğunu sübut etməyə çalışır. Həmçinin İranın yeni rəhbərliyinin daha qətiyyətli olduğunu xatırlatmaq istəyir. İran rəhbərliyinin Ermənistan və Gürcüstan ərazisindən keçərək Qara dənizə və Rusiyaya gedən avtomobil yolu tikmək, eləcə də Cənubi azərbaycanlıların Bakıya qarşı rəğbətini zəiflətmək istəyi böyük rol oynayır.

KONKRET.az Rusiyanın Telegram kanallarına istinadən xəbər verir ki, rusiyalı politoloqlar Cənubi Qafqazda baş verən prosesləri şərh edərkən bu cür fikirlər səsləndiriblər. Rusiyalı ekspertlər hesab edirlər ki, Azərbaycanın çətin ki, qonşusu ilə müharibə etmək istəyi olsun. Bakının İranla təkbətək toqquşmaq şansı yoxdur. Belə hal baş verərsə, o zaman Azərbaycanın müttəfiqi olan Türkiyə də, prosesə qoşulacaq. Ancaq rusiyalı politoloqlara görə, İran ordusu Ermənistanınkı qədər kiçik deyil.

Ekspertlər hesab edirlər ki, Ərdoğan yeni bir müharibəyə qarışa bilməz. Çünki onun üzərində Liviya, Suriya, Qarabağ və indi də Əfqanıstan kimi böyük yük var. Türkiyənin Şimali Afrika və Aralıq dənizində Fransa, Əfqanıstan, Orta Asiyada Çin, Qafqazda isə İranla toqquşan maraqları mövcuddur. Rusiyalı ekspertlər hesab edirlər ki, İranı kiçik güclər kateqoriyasına salmaq, onun nüvə silahı əldə etməsinin qarşısını almaq İsrailin əsas vəzifələrindən biridir.

Digər tərəfdən İranla-Azərbaycanın toqquşmasından faydalanan tərəflərdən biri də ABŞ ola bilər. İranın məğlub olması (və ya zəifləməsi), orada xaos vəziyyətinin yaranması Ağ Ev üçün faydalıdır. Lakin çox güman ki, bu dəfə müharibənin qarşısı alınacaq. Ancaq münaqişə faktının qalması gələcəkdə savaşın baş verə biləcəyi ehtimalını artırır. Ekspertlərə görə, Rusiya İranla hərbi sahədə əməkdaşlığı gücləndirməlidir. Bu, Tehranın rəqiblərinin planlarının həyata keçməyəcəyinə bir zəmanət ola bilər. İran və Azərbaycan arasında münaqiş baş verməsə də, Zaqafqaziyada vəziyyət çox gərgin olaraq qalır.

Müşviq Tofiqoğlu

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar