Britninin atası yeni qərardan narazıdır

Müğənni Britni Spirsin atası Ceymi Spirs qəyyum vəzifəsindən uzaqlaşdırılıb.

101.az xarici mediaya istinadən xəbər verir ki, Ceymi qızının maliyyə işlərini idarə etmək səlahiyyətinin əlindən alınmasından narazıdır. O, məğlubiyyəti səssiz qarşılamayıb və vəkili Vivian L. Torin vasitəsi ilə mətbuata bununla bağlı açıqlama yayıb:

"Cənab Ceymi Spirs qızı Britnini qeyri-şərtsiz sevir. Qəyyum olduğu on üç il ərzində bir ata kimi qızının xeyrinə olanı etməyə çalışıb. Bu könüllü olaraq himayəçiliyi qəbul etdiyi, karyerasını yenidən canlandırmasına kömək edən müqavilə bağlandığı andan etibarən belədir. Psixi problemləri olan qohumu olan hər kəs bu cür yardımın nə qədər səy və gündəlik qayğıya ehtiyacı olduğunu anlaya bilir.

Ceymi səssizliyini qoruyaraq ictimaiyyətin, medianın və ya son zamanlarda Britninin vəkilinin ona etdiyi bütün yalan, spekulyativ və əsassız hücumlara cavab verməyib. Bütün bu faktlar ötən gün qəbul edilən qərarla bağlı xəyal qırıqlığı yaradıb. Açıqcası bu Britni üçün itkidir.

Məhkəmənin Ceymini vəzifədən kənarlaşdırması və Britninin əmlakını idarə etmək üçün onun yerinə yad insanı təyin etməsi səhvdir".

Vivian qəyyumluğa tam xitam verilməsi təşəbbüsünün müvəkkilinə aid olduğunu qeyd edib.

Qeyd edək ki, Britninin vəkili Metyu Rozenqart noyabrın 12-də qəyyumluğun tamamilə dayandırılması ilə bağlı yekun qərar veriləcəyini bildirib. O, ifaçının dekabrın 2-də 40 yaşı tamam olmadan bu problemdən azad edəcəklərini vurğulayıb.

Mənbə:
0
226
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar