24 sentyabr Əminə Yusifqızının doğum günüdür

Unutmayaq, unutdurmayaq!

Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir.[3] Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur. Rolları: Qulu (“Anacan”, Y.Əzimzadə), Səbirə (“Son məktub”, R.İsmayılov), Humay (“Komsomol poeması”, İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q.Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və s. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.

Təbrik edirik!

Mənbə:
0
315
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar