"Neftçi"nin prezidenti: "İşlər yaxşı gedir"

"Azərbaycan Premyer Liqasında işlər yaxşı gedir".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin prezidenti Kamran Quliyevə məxsusdur.

Paytaxt klubu 6 turdan 13 xalla 2-ci pillədə gedir və lider "Qarabağ"dan 1 xal geridə qalır. O, komandanın hazırkı mövsümdəki çıxışını müsbət qiymətləndirib:

"İstənilən kollektiv çox sıx qrafikdə çıxış etdikdə zədələr olur. Milli komandanın oyunlarını da nəzərə almalıyıq.

Təkcə Emin Mahmudov deyil, Mamadu Kane və U-21 millisinin üzvləri də yığmalara dəvət alırlar. Çempionatın əvvəli bizim üçün həmişə çətin olur.

Bunu əvvəlki illərdə də görmüsüz. Amma məncə, komandamız hazırda yaxşı formadadır və ardıcıl qələbələr də bunun sübutudur".

Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar