Nazir Qarabağdakı türk şirkətlərinin fəaliyyətindən yazdı

“Qarabağda həyata keçirilən layihələrdə qardaş Türkiyənin iştirakı, bərpa-quruculuq işlərində türk şirkətlərinin fəallığı bizi sevindirir”. Femida.az -ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.

“Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD”ın İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumunun (International Business Forum - IBF) prezidenti Erol Yarar, “MÜSİAD Azerbaycan” İdarə Heyətinin sədri Abdurrahman Uzunla görüşümüzdə dost ölkə ilə sıx əməkdaşlığımızı məmnunluqla vurğuladıq, qardaş Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətini müzakirə etdik”, - deyə, o qeyd edib.


Femida.az
Mənbə:
0
159
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar