Millimizin müdafiəçisi Almaniyadan vətənə qayıtdı

Almaniyada əməliyyat olunan "Sumqayıt"ın futbolçusu Elvin Bədəlovdan xəbər var.

Adıçəkilən ölkədə uğurlu əməliyyat keçirən 26 yaşlı müdafiəçi artıq vətənə qayıdıb.

Bir neçə gün əvvəl Almaniyanı tərk edən futbolçunun müalicəsi ölkəmizdə davam etdiriləcək.

Milli komandamızın da üzvü olan Bədəlov diz bağlarında qopma müəyyənləşdiyi üçün 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov Premyer Liqanın 5-ci turunda "Qəbələ" ilə matçda (0:0) zədələnib.

SPORTİNFO.AZ

Mənbə:
0
174
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar