Məşhur pilotun qazancı açıqlandı

"Formula 1"in canlı əfsanəsi Luis Hemilton uğurları ilə həm də ən çox qazananlar siyahısında yer alıb.

Qaynarinfo xəbər verir ki, uğurları ilə avtomobil yarışlarında ən çox qazanan idmançılar siyahısındaolan Hemiltonun "Mercedes" və "McLaren" komandasındakı karyerasında əldə etdiyi gəlirlər açıqlanıb. 

Britaniyalı sürücü indiyə qədər 100 qələbə qazanıb və 176 dəfə podyuma çıxıb. O, ümumilikdə 7 çempionluq yaşayıb. 2007-ci ildə "McLaren"lə rəsmi müqavilə bağlayan 36 yaşlı pilot, bu və "Mercedes"lə ümumilikdə keçirdiyi 14 mövsümdə 370 milyon avro qazanıb.  Luis "Mercedes"lə çempoionluq əldə edəndən sonra bütün "Formula 1" sürücüləri arasında ən yüksək maaş alan pilot ünvanına sahib olub. 

Hazırda 47 milyon avro məvacib alan Hemiltonun bu mövsüm bonuslarla birlikdə ümumi gəlirini 56,4 milyon avroya yüksəkldəcəyi gözlənilir.  Vergilər və qazancları ilə əlaqədar kəsintilər də əlavə olunduqdan sonra Luisin İngiltərədə ən zəngin idmançı olcağaı bildirilir. "Times" nəşrinə görə hazırda onun sərvəti 308 milyon avrodur. 

Səbuhi Həsənov
Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar