Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib +FOTO=5

Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib +FOTO=5

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib. Kitabxananın baş direktoru, professor Məmməd Əliyev pandemiyadan sonra MEK-ə ilk daxil olan oxucuya 1 illik oxucu kartı təqdim edib.

Qeyd edək ki, pandemiya ilə əlaqəli olaraq iki ilə yaxın idi ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara yerində fəaliyyətini dayandıraraq, onlayn şəkildə həyata keçirirdi. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxanadan COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar