Mahirin transfer qiyməti artdı - YENİ MƏBLƏĞ

Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emrelinin transfer qiyməti bahalaşıb.

Publika.az “Transfermarkt”a istinadən xəbər verir ki, hazırda millimizin futbolçusunun transfer dəyəri 2 milyon avroya qalxıb.

Mövsümün əvvəlində isə bu rəqəm 1 milyon avro idi. 24 yaşlı forvardın “Legiya”dakı çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib.

Qeyd edək ki, cari mövsümdə 19 rəsmi oyuna çıxan Mahir Emreli 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mənbə:
0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar