Kobuletidə azərbaycanlını öldürən şəxs yaxalandı

Gürcüstanın Kobuleti şəhərində Bolnisi rayonunun Curtavi (Kolayır) kənd sakini Yaşa İsmayılovu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

Axar.az verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan cinayətkar əvvəllər də məhkum olunmuş 1999-cu il təvəllüdlü şəxsdir.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı 1990-cı il təvəllüdlü Yaşa İsmayılovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə (qəsdən adam öldürmə) istintaq başladılıb.

Qətli törədən şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar