KİV: Fransa və Almaniyada suriyalı mühacirlərin prezident seçkilərinə qatılmasının qarşısı alınıb

Bir sıra Avropa ölkələri suriyalı mühacirlərin bu ölkədə seçkilərə qatılmasına icazə verməyiblər.

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, son iki gündə xaricdə yaşayan suriyalıların Almaniya, Fransa və Türkiyədə prezident seçkilərinə qatılmasına icazə verilməyib.

Bildirilib ki, mühacirlərin Suriya səfirlik və konsulluqlarına gəlməsi və ya onların kompakt yaşadıqları bölgələrdə seçkilərin keçirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Suriyada 2021 prezident seçkiləri cari ayın 26-da keçiriləcək. Bir sıra dünya ölkələri bu seçkiləri tənqid ediblər. Bəşər Əsəd bu seçkilərdə əsas namizədlərdən biridir.

Mənbə:
0
956
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar