Kenqurunu okean sularının cəngindən xilas edən iki kişi ölkələrinin qəhrəmanına çevrildilər

Avstraliyada vallabi-dovşanı (kenqurular fəsiləsinə aid heyvan cinsi) xilas edən iki kişi sosial şəbəkələrin qəhrəmanına çevrilib.

“Ridus” agentliyi xəbər verir ki, hadisə Avstraliyadakı Yeni Cənubi Uels adlanan çimərlikdə baş verib.

Belə ki, vallabi-dovşan it sürüsünün hücumuna məruz qalmamaq üçün özünü okean suyuna atıb.

Bu zaman sahildə hadisənin şahidi olan iki nəfər suya daxil olaraq heyvanı xilas ediblər.

Hadisə yerindən çəkilmiş fotolar qısa müddət ərzində sosial şəbəkələrdə paylaşılıb və insanların rəğbəti ilə qarşılanıb.

Şərh yazan internet istifadəçiləri köməksiz vəziyyətdə qalan canlını xilas etmək üçün okean sularına baş vuran şəxslərin fədakarlığını yüksək qiymətləndirib.

Mənbə:
0
1372
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar