İsrail KİV-ləri son müharibədə dəymiş ziyanı açıqlayıblar

İsrail KİV-ləri, son müharibənin hərbi sahəyə, daşınan və daşınmayan mülki və dövlət obyektlərinə vurduğu ziyanın bir milyard dolardan yuxarı olduğunu bildirir.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İsrailin “13-cü Telekanal”ının İqtisadiyyat bölməsi son 11 günlük müharibədə ölkəyə dəymiş ziyanı açıqlayıb. Qeyd edilən rəqəmlər İsraildə təkcə hərbi sahəyə deyil, daşınan və daşınmaz əmlaklara dəymiş ziyanlara da şamildir. Lakin bu rəqəmlər İsrailin turizm, enerji xətləri, hava nəqliyyatı və sair sahələrə dəymiş ziyanlara şamil edilməyib.

İsrail telekanalının məlumatına görə, bu müharibədə 3,242 ev və bina dağılıb və ya xəsarət görüb. Məlumata görə onların 51 faizi Qəzza ilə sərhəddə yerləşən Aşdod, Aşkelon və Beer-Şava kimi şəhərlərində ərazilərindədir.

Məlumata görə, 1,724 nəqliyyat vasitəsi sıradan çıxıb və ya xəsarət görüb, digər sahələrə aid 96 obyektə ziyan dəyib.

Mənbə İsrailin “Dəmir Gümbəz” havadan müdafiə sisteminin bir raketinin qiymətinin 50 min dollar hesablayaraq (Qəzzadan atılıan bir raket qarşılığında iki havadan müdafiə raketi atılır.), bu sahədə İsrailin sərf etməyə məcbur qaldığı məbləğin 280 milyon şekel, yəni 86 milyon dollar olduğunu bildirib.

Telekanal hərbi təyyarələrin yanacaq xərclərinin 37 milyon dollar, silah-sursat və hərbi təchizatların dəyərinin 1.1 milyon şekel, yəni 337,500,000 dollar və ehtiyatda olan qüvvələrin cəlb edilməsi üçün 7 milyon dolların sərf olduğunu bildirib. Mənbə ümumilikdə ordunun bu 11 günlük müharibəyə görə, təkcə maddi baxımdan ziyanının təqribən iki milyard şekel, yəni 600,520,000 olduğunu bəyan edib.

İsrail mütəxəssislərinin məlumatına görə, 11 günlük müharibəyə görə və müharibənin mənfi təsirini nəzərə alaraq, turizm, enerji xətlərinin təhlükəsizliyi məsələsi, enerji nəqliyyatı, hava nəqliyyatı və sair məsələlər nəzərə alınmaqla dəymiş ziyan dollarla bir milyard yarımı keçir.

Mənbə:
0
1006
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar