İrlandiya İsraili Fələstin ərazilərini özünə ilhaq etməyi dayandırmağa çağırıb

İrlandiya Parlamentində İsrail səfirinin ölkədən çıxarılması məsələsinin müzakirəyə çıxarılmasından sonra, bu ölkə hökuməti də Fələstin ərazilərinin ilhaqının dayandırılmasını tələb edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İrlandiya Parlamentində İsrail-Fələstin məsələsinin müzakirəyə çıxarılmasının nəticəsində Fələstin ərazilərinin ilhaq edilməsinin pislənilməsi bəyanatı qəbul edilib.

İrlandiya hökuməti də bu bəyanatı təsdiqləyib və İsrailin Fələstin ərazilərini ilhaq eməsi iqtiqamətində addımlarını pisləyib.

Bundan öncə İrlandiya Parlamentinin bəzi deputatları İsrail səfirinin ölkədən çıxarılması təklifi ilə çıxış etmişdilər.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin parlamentində ilk dəfədir İsrailə qarşı belə sərt bəyanat qəbul edilir.

Qeyd edək ki, Avropa İttifaqı (1967-ci ildə) işğal edilmiş İordan çayının Qərb sahilində və Şərqi-Qüdsdə İsrail tərəfindən yeni massivlərin salınmasını qeyqi-qanuni hesab edir və bu inşaat işlərini həyata keçirən şirkətlərə sanksiya tətbiq edir.

Mənbə:
0
894
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar