İranın tanınmış din alimi Roma Papasını Fələstinlə bağlı hərəkətə keçməyə çağırıb

“Sizdən istəyimiz budur ki, dini və mənəvi mövqeyinizdən çıxış edərək, dünyanın ən müqəddəs torpağının sülhü və sabitliyi üçün addımlar atasınız.”

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Dini-elmi təhsil müəssisələrinin sədri Ayətullah Əlirza Ərafi İsrailin Qəzzaya və əl-Əqsaya hücumları ilə bağlı Roma Papası Fransiskə yazdığı məktubunda bildirib.

Ayətullah Ərafi ünvanladığı məktubda İŞİD və təkfirçilərlə mübarizə zamanı Roma Papasının müvəffəqiyyətli təcrübəsinin olduğunu bildirib və bu təcrübənin İsrailin Fələstinə hücumunda da səmərbəxş ola biləcəyini deyib.

Roma Papasının dinlərarası münasibətlərdə müsbət rolundan söz açan Ayətullah Ərafi, ondan, Fələstin məsələsində, İsrailin Qəzzaya hücumlarının dayandırılmasında və Qüdsdə sülh və sabitliyin bərqərar olması istiqamətində addımlar atmasını istəyib.

“Təəssüflər olsun ki bu müqəddəs torpaqda sülhdən xəbər qalmayıb və onun yerini soyqırım, zülm, təcavüz, inhisarçılıq və təcavüz tutub. Bu təcavüzlərin sayəsində çoxlu insani faciələr baş verməkdədir. Bu təcavüzlər və facilələr onun əsas sakinlərindən olan xristian və müsəlmanlara rəva edilir. Sionist rejimi qeyri-qanuni olaraq burada formalaşıb. Onun təcavüzləri milyonlarla fələstinlinin öz ana vətənlərindən qaçqın düşməsinə səbəb olub", deyə Ayətullah Ərafi Roma Papasını hərəkətə keçməyə çağırıb.

Mənbə:
0
1084
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar