İranda türk adlarına yasaq: Əhərli ata 3 aydır qızı “Anna”ya şəxsiyyət vəsiqəsi ala bilmir

Güney Azərbaycanda uşaq adlarına qoyulan qadağa yenidən gündəmə gəlib.

Güney Azərbaycan və başqa bölgələrdə valideynlər aylardır uşaqlarına seçdikləri türk mənşəli ad ilə şəxsiyyət vəsiqəsi ala bilmirlər.

Son vaxtlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində bəzi ailələr şəxsiyyət vəsiqəsi almaq üçün dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan Əsgər Cəfəri Qeydiyyat İdarəsinə etdiyi müraciətlərinə baxmayaraq 3 aylıq qızı üçün “Anna” adına sənəd ala bilmədiyini bildirir.

Əsgər Cəfəri verdiyi açıqlamada bildirib ki, 3 ay müddətində dəfələrlə Qeydiyyat İdarəsinə müraciət edib. Qızına seçdiyi adla sənəd ala bilmədiyi üçün məhkəməyə baş vurub və yenə də nəticə əldə edə bilməyib.

“Bu üç ay müddətində bütün qanuni yollara əl atsam da qızıma “Anna” adına sənəd ala bilmədim.

Problem yaranmasın və məsələ qanuni həll olunsun deyə məsələni ictimailəşdirmək istəmirdim.

Ancaq bütün qanuni yollara əl atmağıma baxmayaraq nəticə əldə edə bilmədiyim üçün məsələni ictimailəşdirməyə məcbur oldum”-deyə, Annanın atası bildirib.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu birinci dəfə deyil ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə adların uşaqlara verilməsinə qarşı çıxır.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

Mənbə:
0
341
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar