İRAN QARABAĞDAN NARKOTİK DAŞIYIB - ÖNÜ KƏSİLDİ! - PREZİDENT

Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Bu barədə AR Prezidenti İlham Əliyev Müstəqil Dövlətlət Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındaki çıxışında deyib.

Çıxışı şərh edən siyasi analitik Turab Rzayev bildirib ki:

"Bilirsiniz ki, İran Azərbaycan ərazisinə narkotik vasitələrin həm satış , həm də tranzit məqsədi ilə keçirilməsində ön yerdə gəlir. Təsadüf deyil ki, Qarabağın işğaldan azad olunmasına ən neqativ reaksiya göstərən ölkələrdən biri də, bəlkə də ən birincisi İran idi. İran Qarabağ ərazisindən həm narkotik yüklərin daşınması, həm də çirkli pulların yuyulması üçün istifadə edirdi. Bizim dövlətin əlondə bununla bağlı kifayət qədər faktlar var. Ölkə rəhbərinin Müstəqil Dövlətlət Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındaki çıxışında Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb deməsi də məhz dövlətimizin əlində olan faktlara əsaslanır. Biz Cəbrayıl yolu bağlandıqdan sonra, Zəngilan rayonu ərazisində də narkotik trafikində istifadə edilməsi ehtimal edilən tunel aşkar etmişik.

Bütün bunları vaxtında açıqlamamaqla biz İrana mehriban qonşuluq və dostluq üçün xoş jest etdik. Ancaq İran bunu dəyərləndirmədi. Məhz İranın Qrabağdan çirkli pulları yumaq platforması kimi istifadə etməsi, Azərbaycan ordusunu və texnikasını müasir radar sistemləri ilə izləyib Ermənistan ordu qərargahına ötürməsi, Xudafərin ətrafında ordumuzun irəliləyişini dayandırıb, bir gün vaxt itkisinə məruz qoymasını, indi isə narkotitrafik marşrutunun faş edilməsini biz həm də eyni vaxtda İranın düşmənçilik siyasətinə cavab da hesab edə bilərik."

0
2312
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar